ABŞ-nin Livandakı səfirliyinin binasına silahlı basqın edildi

Video

06.06.2024 12:34

ABŞ-nin Livandakı Səfirliyinin binası naməlum şəxs tərəfindən atəşə tutulub.

TodayPress xəbər verir ki, bu barədə məlumatı Livanın hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən TASS yayıb. Qeyd olunub ki, insident zamanı mühafizəçilərdən biri, eləcə də atəş açan şəxs yaralanıb. Həmin şəxsin saxlanıldığı bildirilir. Hazırda diplomatik missiyanın yerləşdiyi ərazi polis tərəfindən əhatəyə alınıb, insidentlə bağlı araşdırma aparılır.

tag: ABŞ, Livan, Səfirlik, Basqın, todaypress.az