ABŞ-dəki yanğınlar məqsədli törədildi, yeni böhran vəziyyəti yaradılır – Politoloq İDDİA etdi
Video
14.01.2025 13:27
“ABŞ-nin Kaliforniya ştatının Los-Anceles ərazisini bürümüş meşə yanğınları 11 min hektar ərazini əhatə edir. Rəsmi məlumatlara görə 16 nəfər həlak olub, 30 dan çox şəxs itkin düşüb. İlkin hesablamalara görə, təbii fəlakətdən dəymiş ziyan və iqtisadi itkilər təxminən 52-57 milyard dollar təşkil edir”.
TodayPress xəbər verir ki, bunu politoloq Yeganə Hacıyeva deyib. Onun sözlərinə görə, vəziyyəti çətinləşdirən məqamlardan biri tüğyan edən irimiqyaslı meşə yanğınları ilə mübarizəyə profesional yanğın söndürən və ya ordu hissələrini deyil, həbsxanalardan məhbusların cəlb edilməsidir.
“Newsweek jurnali” paylaşdığı məlumata görə meşə yanğınları ilə mübarizəyə yerli həbsxanalardan 939 məhbus cəlb edilib. Onlar meşə yanğınları ilə mübarizə üsulları ilə telefonlarına göndərilən məlumatlar vasitəsi ilə tanış olurlar. Diğər ştatlardan yanğın söndürənlərin dəvət olunması və ya ordu hissələrinin cəlbi hökümət və ştat nümayəndələri arasında konsensus əldə olunmaması üzündən mümkün olmayıb. Media çoxluqda demokratlardan ibarət olan ştat adminstrasiyasının ümumiyyətlə məsuliyyətsiz davranışının faciənin miqyası və itkilərinin böyüməsinə səbəb olmasını tirajlayır”.
Analitikin qənaətincə, yanğınlar keçən həftə bütün ABŞ-ni bürümüş terror hadisələrinin davamı kimi, məqsədli törədilir: “Əsasən, cəmiyyətə təsir imkanları geniş olan, sosial platformlar üzərindən milyonlarla izləyici kütləsi olan şəxslərin mülkiyyəti yanır. Dayanmadan kortəbii aparılan təbliğat xaos effekti yaradılmasına hesablanıb. Birjaların analizi böhran ssenarilərini arqumentləşdirir və göstəricilər təxminən 2008-ci ilin maliyyə böhranını xatırladır”.
Siyasətçi qeyd edib ki, hazırda ABŞ-də yeni böhran vəziyyəti yaradılır.
Töhfə Səməd