ABŞ-dəki bu ilki prezident seçkiləri nə ilə yadda qaldı?
Video
06.11.2024 09:44
2024-cü il ABŞ prezident seçkilərini əvvəlki seçkilərdən fərqləndirən 6 amil açıqlanıb.
TodayPress xəbər verir ki, bu barədə “RBC” məlumat yayıb.
Nəşrin yazdığına görə, hazırkı seçkilər mövcud olan namizədin bir neçə ay qala dəyişdirilməsi ilə fərqlənib. Belə ki, ABŞ prezidenti Cozef Bayden bütün partiyadaxili seçkilərdə qalib gəldikdən sonra seçki yarışında iştirakdan imtina edib. O, yenidən seçilmək cəhdindən əl çəkən səkkizinci Amerika lideri olub. Lakin o, digərlərindən daha gec namizədliyini geri götürdüyünə görə, yadda qalıb.
2024-cü il seçkiləri həm də ona görə unikaldır ki, 1976-cı ildən bəri ilk dəfə Bayden, eləcə də Bill Klinton (ABŞ-nin 42-ci prezidenti) və Kiçik Buşun (ABŞ-nin 43-ci prezidenti) ailələrindən olan siyasətçilər seçkilərdə iştirak etməyəcəklər.
Bundan əlavə, seçki yarışı yeganə teledebatla seçilib. Belə ki, 1980-ci ildən bəri dövlət başçısı vəzifəsinə namizədlər iki və ya daha çox debatlarda iştirak ediblər. Lakin bu il baş verən qarşıdurmalar, namizədin gec təyin olunması, həmçinin mövcud anlaşmazlıqlar, təxribat iddiaları kimi məsələlər debatları təxirə salıb. Nəticədə bu müddət ərzində sadəcə bir dəfə Respublikaçı və Demokrat namizəd qarşı-qarşıya gəlib.
Son seçki kampaniyası Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə namizəd Donald Trampa qarşı üç sui-qəsd cəhdi ilə yadda qalıb. O, həm də prezident seçkiləri tarixində səsvermədə iştirak edən ən yaşlı namizəddir. Belə ki, 14 iyunda onun 78 yaşı tamam olub. Beləliklə 2025-ci il yanvarın 20-də o, dörd il əvvəl hakimiyyətə gələn Baydendən 5 ay böyük olmuş olacaq.
Bundan əlavə, Tramp prezidentlik yarışında təqsirli hökm çıxarılan, lakin heç bir cəza tətbiq olunmayan ilk iştirakçı kimi tarixə düşüb.
Töhfə Səməd