700-dən çox şəxsin yoxa çıxdığı "Güzgülər Evi"

Video

20.10.2024 16:47

Uzun illər Banqladeşdə baş nazir Şeyx Hasinanın nəzarəti altında gizli yeraltı həbsxana - "Güzgülər Evi" fəaliyyət göstərib. 

TodayPress xəbər verir ki, bu barədə “The New York Times” keçmiş məhbuslara istinadən məlumat yayıb. 

2009-cu ildə Şeyx Hasina hakimiyyətə yenidən gəldikdən sonra respublikada repressiya dalğası başlayıb.

Yüzlərlə insan mitinq təşkil etdiyinə, etiraz əlaməti olaraq yolları bağladığına və sosial şəbəkələrdə paylaşım etdiyinə görə ittiham edilib. İnsan haqları fəallarının hesablamalarına görə, Banqladeşdə 700-dən çox şəxs yoxa çıxıb.

Bildirilib ki, real rəqəmlər bundan da çox ola bilər.  “Ainagor” və ya “Güzgülər Evi” sistemi altında Banqladeşdə hərbi kəşfiyyat orqanlarının rəhbərliyi ilə bir neçə penitensiar müəssisə fəaliyyət göstərib.Həbsxana adını müəssisənin daxili siyasətinə görə alıb:məhbusların özlərindən başqa heç kimi görmək hüququ yox idi.

Məhkumlar vəhşicəsinə işgəncələrə məruz qalır, pəncərəsi olmayan bir nəfərlik kameralarda saxlanılır, 8 ildən bir təmiz havaya çıxarılıblar.   

Avqustun 5-də kütləvi etirazlar fonunda Banqladeşin keçmiş baş naziri Şeyx Hasina istefa verib və ölkəni tərk edib.

O, Hindistana qaçıb və oradan Böyük Britaniyadan siyasi sığınacaq istəyib. Məhz bundan sonra bütün yeraltı sirlər bir-bir üzə çıxmağa başlayıb. 

tag: Məhkum,Güzgü,Banqladeş,Mitinq,Ev,Todaypress.az