55 işıq ili məsafədə yeni planet aşkarlandı

Video

24.06.2024 11:25

Alimlər bizdən 55 işıq ili məsafəsində yerləşən və ölçülərinə görə Yerə oxşayan “SPECULOOS-3b” adlı daş planet aşkar ediblər. O, ultrasoyuq qırmızı cırtdan növü olan bir ulduzun ətrafında fırlanır.

Planetin əsas xüsusiyyətlərindən biri də odur ki, bu planetin bir tərəfi həmişə ulduza tərəf çevrili olur. Bu o deməkdir ki, bir yarımkürədə əbədi gün, ikinci yarımkürədə isə daimi gecə hökm sürür.

Ultrasoyuq qırmızı cırtdan ulduzların uzun ömürlü olması səbəbindən onları əhatə edən planetlərdə həyatın yaranması ehtimalı çox azdır. Çünki planet çox yüksək dozada radiasiyaya məruz qalır.

Nərmin Tuncay


tag: Alimlər, Yer, Planet, Ulduz, todaypress.az