3 min rus əsgəri mühasirəyə düşdü: Rusiya genişmiqyaslı əks-hücuma hazırlaşır
Video
21.08.2024 16:34
Ukrayna Seym çayı ətrafında halqa yaradıb, nəticədə 3000-ə yaxın rus əsgəri mühasirəyə düşüb.
TodayPress xəbər verir ki, bu barədə “Unian.net” məlumat yayıb.
Bildirilib ki, avqustun 16-dan başlayaraq Ukrayna qoşunları Kursk vilayətinin Qluşkovski rayonunun şimalında Seym çayı üzərindəki körpüləri partlatmağa başlayıb. Bu, Rusiya Silahlı Qüvvələrinin qarşısını kəsmək üçün atılmış addımdır. Çünki həmin ərazi qərbdən və cənubdan Ukrayna ərazisi ilə əhatə olunub.
Rusiya tərəfi isə cavab olaraq ponton keçidləri və hava körpüsü təşkil edir və şərqdə qalan keçidin müdafiəsini gücləndirir. Həmçinin rəsmi Moskva Voronej vilayətindən iki “İsgəndər-M/KN-23” ballistik raketi, Bryansk vilayətindən “İsgəndər-K” qanadlı raketi, Kursk və Zaporojye vilayətlərindən “X-59” idarə olunan hava raketləri, həmçinin “Şahed” tipli 26 kamikadze PUA-sı ilə Ukraynaya hücum edib. Ukrayna Hərbi Hava Qüvvələrinin komandanı məlumatı təsdiqləyərək bildirib ki, Ukrayna əsgərləri düşmənin 28 hava hədəfini məhv edib.
Bu arada, Rusiya ordusu oktyabrın 1-dək Kursk vilayətini azad etmək üçün Vladimir Putindən göstəriş alıb. Kreml rəhbəri əmr verib ki, tapşırıq yerinə yetirilərkən Pokrovski və Toretski istiqamətlərindəki hərbi qüvvələr geri çəkilməməlidir.
Töhfə Səməd
tag: Ukrayna, Seym Çayı, Kursk, Müharibə, Əsgər, Əsir, todaypress.az