3-cü Dünya müharibəsinin başlayacağı TARİX AÇIQLANDI

Video

17.06.2024 16:07

Üçüncü Dünya Müharibəsinin başlamasına cəmi bir neçə gün qalıb.

TodayPress xəbər verir ki, bu barədə Hindistanlı astroloq Kuşal Kumar “The Daily Star”a danışıb. 

Astroloqun sözlərinə görə, 18 iyun 2024-cü il III Dünya Müharibəsini başlatmaq üçün ən güclü planetar stimula malikdir.

O, iddiasını sübut etmək üçün bir sıra cari hadisələrə diqqət çəkib:

Kumar Himalay dağlarında doqquz hindu zəvvarının həlak olduğu və 33 nəfərin yaralandığı son terror aktını; 

Şimali və Cənubi Koreya arasında hərbisizləşdirilmiş zonada atışmanı; 

Qəzzadakı hadisələri;  

Kuba raket böhranını; 

Rusiyanın Havanaya hərbi gəmilər, o cümlədən nüvə sualtı qayığı göndərməsini; 

Çinin Tayvan sahillərində hərbi təlimlər keçirməsini

ABŞ rəsmilərinin narahatlığına səbəb olmasını xatırladıb. 

Astroloq bildirib ki, zamanla dünyanın qaynar nöqtələrindəki müharibə ssenarisini araşdırdıqda Üçüncü Dünya Müharibəsinin yaxın zamanda başlayacağını dəqiqliklə demək olur. 

Günəş Mərd

tag: Dünya Müharibəsi, Kuşal Kumar, Astroloq, Cənubi Koreya, todaypress.az