2000 illik sirli piramida tapıldı

Video

28.03.2025 11:39

İsrailin arxeoloqları İudeya səhrasında, Zoar vadisinin şimalında təqribən 2000 ildən çox yaşı olan piramida formasında qədim tikili aşkar ediblər.   

TodayPress xəbər verir ki, bu barədə məlumat İsrail Qədim Əsərlər İdarəsinin (IAA) rəsmi saytında dərc olunub.   

Alimlərin bildirdiyinə görə, piramida çox diqqətlə yonulmuş, hər biri yüzlərlə kiloqram çəkidə olan daş bloklardan inşa olunub.  Onun məqsədi dəqiq bilinməsə də, qəbir, abidə və ya ticarət yollarında müşahidə qülləsi olduğu ehtimal edilir.   

Tikilinin içərisində yunan dilində yazılmış papirus parçaları, taxta əşyalar və hörmə səbətlər, qədim silahlar, tunc sikkələr, gil qablar, parçalar və toxum nümunələri kimi qədim artefaktlar tapılıb.   

Arxeoloqlar qeyd ediblər ki, ölü dənizin quru iqlimi bu tapıntıların bu günə qədər mükəmməl şəkildə qorunub saxlanmasına şərait yaradıb.   

Tədqiqatçılar piramidanın Ptolemeylərlə Selefkilər arasında hökm sürən münaqişə dövründə tikildiyini ehtimal edirlər. 

Həmin vaxt Ptolemeylər Misir və İsraili, Selefkilər isə şimal torpaqlarını idarə edirdi. Lakin tikilinin konkret olaraq hansı imperiyaya məxsus olduğu hələ ki müəyyənləşdirilməyib. 

 Qiymət Mahir

tag: Misir,Piramida,2000 illik,Ptolomey,Selefki,Todaypress.az