17 otağlı mənzildə yaşayan Ronaldonun EKZOTİK HƏYAT TƏRZİ
Video
20.06.2024 14:38
2022-ci ilin sonunda futbol ulduzu Ronaldo karyerasının ən ekzotik seçimini edərək Səudiyyə Ərəbistanında oynamağa gedib. Bu qərar portuqaliyalını dünyanın ən çox maaş alan futbolçusu edib.
TodayPress xəbər verir ki, Ər-Riyada gələn Kriştiano, “Four Seasons” hoteldə aylıq ümumi dəyəri 300 min avro olan 17 otaq icarəyə götürüb.
Futbolçu qonaqların diqqətindən tez yorularaq ünvanını gizli saxladığı malikanəyə köçüb.
Səudiyyə Ərəbistanında Ronaldo təkcə futbol oynamır, onu həm də ölkənin elit restoranlarında görürlər.
Futbolçunun sevgilisi Corcina Rodriges mühafizəçilərin müşayəti ilə Rolls Royce və Range Rover avtomobilləri ilə şəhər ətrafında hərəkət edir.
Kriştianonun oğlu yerli dili öyrənir, “Əl-Nəsr” gənclər komandasında oynayır və yerli adət-ənənələrə uyğun geyinir.
Namiq HUN
tag: Ronaldo, Səudiyyə Ərəbistan, Həyat Tərzi,Malikanələr, todaypress.az