113 milyon insanın həyatı təhlükədədir?
Video
25.11.2024 16:53
Alimlər
qrupu milyonlarla amerikalının kran suyunda yeni kimyəvi birləşmə aşkar ediblər.
Maddənin özü təxminən 40 il əvvəl kəşf edilib, lakin indiyədək tədqiqatçılar
onun dəqiq tərkibini müəyyən edə bilməyiblər.
Məlum olub ki, birləşmə qeyri-üzvi xloraminin
parçalanmasının son məhsulu olan xlornitramidin anionudur. Alimlərin
hesablamalarına görə, təxminən 113 milyon insan tərkibində bu maddə olan su
içir.
Alimlərin qeyd etdiyi kimi, aşkar edilən maddənin
təhlükə dərəcəsini müəyyən etmək hələ də mümkün deyil.
Eyni zamanda, onun xassələrinin kifayət qədər
zəhərli olan digər molekulların xüsusiyyətlərinə bənzədiyini vurğulayırlar.
Əvvəllər ABŞ Geoloji Tədqiqat Xidməti aşkar
etmişdi ki, ölkənin kran suyunun demək olar ki, yarısı PFAS qrupuna aid kimyəvi
maddələrlə çirklənib.
Alimlər 2016-cı ildən 2021-ci ilə kimi ölkə
üzrə 716 məntəqədən, o cümlədən şəxsi quyulardan və ictimai su təchizatından su
nümunələri toplayıblar. Məlum olub ki, içməli suyun 45 faizində zərərli maddələr
var.