1000-dən çox insana “Neuralink” çipi implantasitya ediləcək

Video

17.07.2024 12:14

Amerikalı iş adamı İlon Mask 2026-cı ilə qədər 1000-dən çox insana “Neuralink” beyin çiplərini implantasiya etməyi hədəflədiklərini açıqlayıb.


TodayPress xəbər verir ki, o, bu barədə “X” hesabında yazıb.


Onun sözlərinə görə,  iki il sonra dünyada "Neuralink" çipinə sahib 1000-dən çox insan olacaq. 

"Neuralink" çipi ilk dəfə 8 ildir boyundan aşağı iflic olan 30 yaşlı Noland Arboya implantasiya edilmişdi. Lakin Noland çip taxılması nəticəsində bəzi sağlamlıq problemləri ilə üzləşib. Buna baxmayaraq, Noland çipin onun həyatını dəyişdiyini deyir.

İlon Maskın beyin implantı startapı “Neuralink”, hazırda cihazını sınaqdan keçirəcək ikinci şəxs üçün müraciətləri qəbul edir.

Nəzrin Cavadzadə

tag: İlon Mask,Neuralink Çipi, Sınaq, Cihaz, todaypress.az