1 dollara ev satılır
Video
09.04.2025 18:06
İtaliyanın Abruzzo bölgəsindəki qəsəbədə 1 dollara evlər satılır.
TodayPress xarici mediaya istinadən xəbər verir ki, evlərin ucuz satılması əhalinin azalması ilə bağlıdır.
Satış əhalinin sayını artırmağa hədəflənib.
Bildirilir ki, qəsəbə Adriatik sahilləri ilə Qran Sasso dağ silsiləsi arasında yerləşir.
Evləri alan şəxslərdən mənzilin təmir edilməsi üçün 2000-5000 avro (2193-5482 dollar) arası depozit ödəmələri tələb olunacaq. Evin təmiri yekunlaşandan sonra isə depozit geri qaytarılacaq.
Məlumata görə, qəsəbədə kiçik və orta ölçülü bir ev üçün əsas təmirin ilkin dəyəri təxminən 20 000 (21 927 dollar) avrodur.
Yerli bələdiyyə təmirlə bağlı sakinlərə müxtəlif dəstəklərini verilməsini təklif edir.
Türkan İsgəndərli