Zülfiyyə Qurbanova: "Azərbaycanda sevişmə səhnələrinə çəkilmərəm"

Mədəniyyət

07.06.2024 23:46

“Qadınlar bizim cəmiyyətdə var olmaq özlərini təsdiqləmək üçün mübarizə aparırlar”.

TodayPress xəbər verir ki, bunu BBC-yə müsahibəsində tanınmış aktrisa Zülfiyyə Qurbanova deyib. Aktrisa Azərbaycanda aktyorlarla aktrisalara fərqli münasibət olduğunu deyib:

“Azərbaycanda kişi aktyorla aktrisalara münasibət fərqlidir. Bir dövr mən bunu boynuma almaq istəmirdim, amma zamanla təcrübə əldə etdikcə fərqin hiss olduğunu anlayır insan. Sən dünyanın ən düzgün yaşayan bir xanımı olsan da qadın aktrisalara qəribə bir münasibət var. Bu problemlə hamı üzləşib sadəcə özümüzə sığışdırıb deyə bilmirik”.

Azərbaycanda sevişmə səhnələrinə çəkilmək istəmədiyini deyən aktrisa səbəbini belə izah edib: “Azərbaycanda sevişmə səhnəsinə çəkilmərəm. Çünki dəymir. Ölkənin bir tamaşaçısı ki, aktyorların bir-birindən yarım metr məsafədə dayanıb söhbət etdiyi səhnəni kəsib sosial şəbəkədə artıq-əskik başlıqla tamaşaçıya şəxsi fikirini yeritməyə çalışır. Belə tamaşaçılara görə dəymir. Mən işimi də, əziyyətimi də, yaradıcılığımı da sevirəm, amma mən tamaşçıya baxıb illər sonra anlamışam nəyə dəyir, nəyə dəymir”.

GÜNEL

tag: Aktrisa, Zülfiyyə Qurbanova,BBC,Aktyor, todaypres.az,