YUĞ Özbəkistanda "Mənəm, mən"i nümayiş etdirəcək
Mədəniyyət
10.06.2024 09:43
Azərbaycan Dövlət YUĞ Teatrı Özbəkistanda keçiriləcək Azərbaycan Mədəniyyət Günləri çərçivəsində “Mənəm, mən…” tamaşasını nümayiş etdirəcək.
TodayPress xəbər v erir ki, səhnə əsəri Daşkənd şəhərindəki İncəsənət İnstitutunun binasında 12 iyun tarixində nümayiş olunacaq.
İlqar Fəhminin əsəri əsasında, rejissor Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadənin quruluşunda olan tamaşada Xalq artisti Məmmədsəfa Qasımov, Əməkdar artist Qasım Nağı, aktyorlar Əbdülqəni Əliyev, Ziya Ağa, Amid Qasımov, Vüqar Hacıyev, Elgün Həmidov, Elşən Əsgərov və Famil Quliyev iştirak edir.
GÜNEL
tag: Azərbaycan Dövlət YUĞ Teatrı, Özbəkistan, Tamaşa, Azərbaycan, todaypress.az,