"Yeşil Çam"ın sevilən ulduzu vəfat etdi

Mədəniyyət

22.03.2025 16:50

1170

Türkiyəli tanınmış aktrisa Filiz Akın vəfat edib.

TodayPress xəbər verir ki, bu barədə "NTV" məlumat yayıb. 

Bildirilib ki, aktrisa uzun müddətdir müalicə aldığı xəstəxanada həyatını itirib.

Qeyd edək ki, Filiz Akın 1943-cü ildə Ankarada anadan olub. "Yeşil Çam"ın sevilən ulduzu "Yumurcak", "Karateci kız", "Ankara Ekspresi", "Acı Hayat" kimi bir çox məşhur filmdə rol alıb.

tag: Türkiyə, Filiz Akın,Yeşil Çam,Yumurcak,todaypress.az,