Yanğınlar səbəbindən Hollivudda film istehsalı dayandı

Mədəniyyət

20.01.2025 17:55

Los-Anceles dairəsindəki dağıdıcı meşə yanğınları Hollivudda film və televiziya istehsalının vəziyyətini pisləşdirib. 

TodayPress xəbər verir ki, bu barədə "Axios" məlumat yayıb. 

Bildirilib ki, şəhərin mühüm iqtisadi mühərriki hələ də bərpa olunur.

Los-Ancelesdə çəkiliş icazəsi verən qeyri-kommersiya təşkilatı "FilmLA"ya görə, 2024-cü il çəkiliş günləri üçün ikinci ən pis il olub. 2024-cü ildə ümumi istehsal son beş ilin orta göstəricisi ilə müqayisədə (2020-ci il istisna olmaqla) 31% azalıb.

Qeyd edilib ki, bir çox studiya yanğınlar nəticəsində zərər görməsə də, istehsal hələ də dayandırılıb. Son 10 il ərzində Hollivud istehsalını Cənubi Kaliforniyadan kənara, Corciya, Nyu-York və Nyu-Cersi kimi ştatlara köçürüb. Bunun böyük əksəriyyəti isə daha yaxşı vergi güzəştləri səbəbindən baş verib. Bundan əlavə, bir çox böyük büdcəli layihələr də getdikcə ABŞ-dən kənarda film çəkməyə üstünlük verir. 


Töhfə Səməd

tag: Hollivud, Los-Ancels, Film, Yanğınlar,Dünya, todaypress.az,