"Xüsusi təyinatlı" təqdim olundu
Mədəniyyət
20.06.2024 21:52
Bakı Kitab Mərkəzində Rusiyada yaşayan həmvətənlimiz, yazıçı Adil Quliyevin “Xüsusi təyinatlı” romanının təqdimatı və imza mərasimi keçirilib.
TodayPress xəbər verir ki, roman ötən əsrin 90-cı illərində torpaqlarımızın işğalından tutmuş 2023-cü il sentyabrın 19-da keçirilən antiterror tədbirlərinə qədər gərgin hadisələrlə dolu geniş tarixi dövrü əks etdirir. Kitab ilk dəfə rus dilində Rusiyanın Sankt-Peterburq şəhərində “Kapaбax: долгожданное возврашение” аdı ilə çap olunub. Əsərin tərcüməçisi Dürdanə İbrahimova-Hüseynbəyli, redaktoru Sərif Ağayardır.
Kitabın təqdimat mərasimində tanınmış yazıçılar İlham Əziz, Şərif Ağayar, Elçin Hüseynbəyli, Səfər Alışarlı və başqaları çıxış ediblər.
“Qanun” Nəşrlər Evində işıq üzü görən roman müəllifin imzası ilə qonaqlara hədiyyə olunub.
tag: Yazıçı, Adil Quliyev, Bakı Kitab Mərkəzi, "Qanun" Nəşrlər Evi, todaypress.az,