Xatirə İslam çəki itirməsinin sirrini açıqladı
Mədəniyyət
04.06.2024 23:50
Son günlərdə imicində ciddi dəyişikliklər edən müğənni Xatirə İslamın qısa müddətdə xeyli çəki itirməsi sosial şəbəkələrdə izləyicilərin marağına səbəb olmuşdu.
TodayPress xəbər verir ki, müğənni sosial media hesabında arıqlamağının sirrini izləyiciləri ilə bölüşüb. O, heç bir plastik əməliyyat olmadan, sadəcə pəhriz yolu ilə ideal çəkiyə sahib olduğunu bildirib: “Kim görür soruşur ki, “ əməliyyat olmusan?”. Xeyr! Dostlar yadınızda saxlayın ki, bu dünyada arıq olmağın ən birinci yolu pəhriz saxlamaqdır. Bir az kilo almışdım. Amma mənim çox savadlı dietoloqumun köməyi ilə cəmi 1 həftə ərzində pəhriz saxlamaqla 5 kilo çəki atdım”.
Günel
tag: Xatirə İslam,Artıq çəki,Dietoloq,Sosial media,todaypress.az,