Xanım İsmayılqızı "Ömrün Xanım Fəsli"ni təqdim etdi
Mədəniyyət
04.06.2024 21:57
Heydər Əliyev Sarayında şair-bəstəkar Xanım İsmayılqızının "Ömrün Xanım Fəsli" adlı yaradıcılıq gecəsi keçirilib.
TodayPress xəbər verir ki, tanınmış aparıcı Leyla Quliyevanın aparıcılığı ilə baş tutan gecədə Azərbaycan estradasının ulduzları Faiq Ağayev, Röya, Nazpəri Dostəliyeva, Mələkxanım Əyyubova, Nəzakət Teymurova, Teyyub Aslanov, Mətanət İsgəndərli, Abbas Bağırov, Lalə Məmmədova, Rəşad İlyasov, Bəyimxanım Vəliyeva, Cahangir Qurbanov, Elnarə Xəlilova, Zamiq Hüseynov, Nuri Sərinləndirici, Dilarə Kazımova, Çinarə Məlikzadə, Zabitə Alıyeva, Samir Piriyev, Pərviz Abdullayev, Ayşən Mehdiyeva, Leyla Babayeva, Səidə Sultan, Ayan Babakişiyeva, Orxan Bağırov, Nəsimi Məmmədov çıxış ediblər. Ulduzlar Xanım İsmayılqızının “Unut məni”, "Ağla", "Sən nə biləsən", “Ayrılıq beləmi olur”, "Qəm qalası", “İndi sənsiz”, “Onun xəstəsiyəm”, “Sən Qalibsən” kimi sevilən mahnılarını ifa ediblər.
Gecədə həmçinin tanınmış qiraətçilər Kamran Ağabalayev və Kamal Yaşar Xanım İsmayılqızının şeirlərini səsləndiriblər.
Qeyd edək ki, gecənin rejissori Nail Naiboğludur.
Günel
tag: Xanım İsmayılqızı, Heydər Əliyev Sarayı,Nəzakət Teymurova,Faiq Ağayev,todaypress.az,