Xalq rəssamı Rafiz İsmayılov vəfat etdi

Mədəniyyət

30.04.2025 22:46

15

Görkəmli kino və dekor rəssamı, Azərbaycanın Xalq rəssamı Rafiz İsmayılov vəfat edib.

Bu barədə TodayPress-ə Azərbaycan Kinematoqrafçılar İttifaqından məlumat verilib.

O uzun müddətdir, ağır xəstəlikdən əziyyət çəkirdi.

Qeyd edək ki, R.İsmayılov 30 mart 1939-cu ildə Bakıda anadan olub. 1962-ci ildə Azərbaycan Dövlət rəssamlıq məktəbini bitirib. 1966-1972-ci illərdə Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun rəssamlıq fakültəsində təhsil alıb.

1972-ci ildən "Azərbaycanfilm" kinostudiyasında çalışıb. Bir çox bədii filmlərin, teatr tamaşalarının quruluşçu rəssamı, bir neçə animasiya filminin rəssamı və rejissorudur.

R.İsmayılov həmçinin bir neçə kitabin da tərtibatçı rəssamı olub.

tag: Kino, Dekor,Rəssam, Ölüm,Rafiz İsmayılov, todaypress.az,