Xalq artistləri boşandılar
Mədəniyyət
26.06.2024 21:52
Xalq artisti Yusif Eyvazov və həyat yoldaşı, Rusiyanın Xalq artisti Anna Netrebko boşanıb.
TodayPress xəbər verir ki, bu barədə cütlük Avstriya mətbuatına açıqlamasında bildirib.
Onlar 10 il davam edən birgə həyatdan sonra dost kimi yollarını ayırdıqlarını və səhnədə birgə çıxışlarına davam edəcəklərini qeyd ediblər.
Xatırladaq ki, Yusif Eyvazov Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının direktorudur. Annanın ilk evliliyindən Tiyaqo adlı bir oğlu var.
GÜNEL
tag: Yusif Eyvazov, Anna Netrebko, Xalq artisti, Avstriya,todaypress.az,