Xalq artisti Rasim Abdullayev vəfat etdi
Mədəniyyət
26.11.2024 01:00
Azərbaycanın Xalq artisti, violonçel
ifaçısı Rasim Abdullayev vəfat edib.
TodayPress xəbər verir ki, bu barədə Xalq artisti,
dirijor Ramiz Məlik-Aslanov sosial şəbəkədəki hesabında bildirib.
Qeyd edək ki, Rasim Abdullayev 1944-cü ildə Bakı
şəhərində anadan olub. 1951–1962-ci illərdə Bülbül adına orta ixtisas musiqi
məktəbində, 1962–1967-ci illərdə isə Azərbaycan Dövlət Konservatoriyasında
violonçel ixtisası üzrə professor Sabir Əliyevin sinfində təhsil alıb.
1968–1969-cu illərdə Moskva Dövlət Konservatoriyasının aspiranturasında
Mstislav Rostropoviçin sinfində violonçel ixtisası üzrə təhsilini davam
etdirib.
1964–1972-ci illərdə Azərbaycan Dövlət Kamera
Orkestrinin, 1970–2010-cu illərdə isə Azərbaycan Dövlət Akademik Opera və Balet
Teatrının simfonik orkestrində solist olub.
2005-ci ildə Azərbaycan Respublikasının Xalq artisti
fəxri adına layiq görülüb.
tag: Xalq Artisti, Rasim Abdullayev, Ölüm, Violonçel, todaypress.az,