Xalq artisti Hüseynağa Sadıqovun 110 illik yubileyi keçirildi
Mədəniyyət
12.06.2024 20:40
İyunun 12-də Azərbaycan Dövlət Film Fondunda Mədəniyyət Nazirliyi və Kino Agentliyinin dəstəyi ilə Xalq artisti, görkəmli teatr və kino aktyoru Hüseynağa Sadıqovun anadan olmasının 110 illiyi münasibətilə tədbir keçirilib.
TodayPress xəbər verir ki, tədbir çərçivəsində sənətkarın həyat və yaradıcılığını özündə əks etdirən fotosərginin açılışı olub.
Yubiley mərasimdə Azərbaycan Dövlət Film Fondunun direktoru, Əməkdar incəsənət xadimi Cəmil Quliyev, Xalq artistləri Tariyel Qasımov, Cəfər Namiq Kamal, filologiya üzrə fəlsəfə doktoru, dosent Firudin Qurbansoy H.Sadıqov iştirak edib sənətkar haqqında xatirələrini bölüşüblər.
Tədbir boyu sənətkarın həyat və yaradıcılığını əks etdirən videoçarx və aktyorun çəkildiyi filmlərdən fraqmentlər nümayiş etdirilib.
tag: Xalq artisti, Hüseynağa Sadıqov, Cəmil Quliyev, Dövlət Fulm Fondu, todaypress.az,