Xalq artisti Fatma Mahmudova insult keçirdi
Mədəniyyət
29.01.2025 22:34
Xalq artisti Fatma Mahmudova hazırda
reanimasiyadadır.
Bunu TodayPress-ə açıqlamasında aktrisanın
qızı deyib.
Onun sözlərinə görə, F.Mahmudova xəstəxanaya bu gün
yerləşdirilib.
“İnsult keçirib. Həkimlər nəzarət edir”.
Qeyd edək ki, Fatma Mahmudova 1954-cü ildə Ağdam
rayonunda anadan olub. 1994-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət
İnstitutunu “Teatr kollektivi rejissoru” ixtisası üzrə bitirib. 1968-ci ildən
Ağdam Dövlət Dram Teatrında aktrisa işləyib. Ağdam rayonunun işğalı ilə bağlı
Bakıda köçkün kimi yaşayan Fatma Mahmudova 1994-cü ildən taleyini Azərbaycan
Dövlət Musiqili Komediya Teatrı ilə bağlamalı olub. Burada teatrın
repertuarında olan tamaşaların əksəriyyətində rol alaraq bir sıra maraqlı obrazlar
yaradıb.
F.Mahmudova 1989-cu ildə Azərbaycan Respublikasının
Əməkdar artisti, 2000-ci ildə isə Xalq artisti fəxri adına layiq görülüb.
Prezident təqaüdçüsüdür.
tag: Fatma Mahmudova, Reanimasiya, Aktrisa, Xəstəxana, todaypress.az,