Vintaj don 377 min avroya satıldı

Mədəniyyət

28.11.2024 19:15

“Jean Paul Gaultier” moda evinin paltarı Parisdə keçirilən hərracda rekord məbləğə satılıb. 

TodayPress xəbər verir ki, bu barədə “Fashion United” məlumat yayıb. 

Söhbət 1999-cu il kolleksiyasından ətəyi ağ və mavi tüklərlə bəzədilmiş cins paltardan gedir. Onun livanlı iş qadını Muna Ayouba məxsus olduğu məlum olub. Paltar rekord qiymətə 377 min avroya hərraca çıxarılıb. Alıcının adı açıqlanmır.

Qeyd edək ki, adı çəkilən marka əsasən ətrləri ilə məşhurdur.   

Töhfə Səməd

tag: Paris, Vintaj Don,Jean Paul Gaultier, Moda Evi, Geyim, todaypress.az,