“Vaqifə məktub” esse müsabiqəsi elan edildi

Mədəniyyət

02.05.2025 11:03

23

“Vaqif Poeziya Günləri” çərçivəsində keçirilən müsabiqənin təşkilində əsas məqsəd yaradıcı potensialı olan hər bir kəsi müsabiqəyə cəlb etməklə mövzu baxımından yeni əsərlərin yazılmasına stimul verməkdir.

Bu barədə TodayPress-ə Mədəniyyət Nazirliyindən məlumat verilib.

Müsabiqənin şərtləri:

* Hər bir müəllif müsabiqəyə yalnız bir əsər təqdim edə bilər.

* Əsərlər orijinal və daha əvvəl heç yerdə çap olunmamalı və yayımlanmamalıdır.

* Əsərlər Azərbaycan dillində yazılmalıdır.

* Əsərin üz qabığında (ilk səhifədə) müəllif özü haqqında məlumatı, əlaqə vasitəsini (Telefon nömrəsi və e-mail) qeyd etməlidir.

* Əsərlər bir şəxs tərəfindən yazılmalıdır. Müştərək iş qəbul olunmur.

Müsabiqə şərtlərinə cavab verməyən əsərlər komissiya tərəfindən qəbul edilməyəcəkdir.

Müsabiqənin mövzusu

Mövzu: Şuşanın ədəbi irsi və Zəfər tariximizdə Şuşanın əhəmiyyəti

Essenin həcmi: Mətnin həcmi 1000 sözdən çox olmamalıdır.

Qaliblərin seçilməsi və mükafatlandırılması Komissiya tərəfindən müəyyən edilmiş qiymətləndirmə meyarlarına uyğun olaraq 3 nəfər qalib seçiləcəkdir.

“Vaqif Poeziya Günləri” çərçivəsində baş tutacaq mükafatlandırma mərasimi zamanı qaliblər diplom və pul mükafatı ilə təltif olunacaqlar.

Müsabiqənin mükafat fondu:

Birinci yer – 2500 manat

İkinci yer – 1500 manat

Üçüncü yer – 1000 manat

Müsabiqənin müddəti: Müsabiqəyə esselərin qəbulu 31 may 2025-ci il tarixində sona çatacaq.

İştirakçılar tərəfindən əsərlər [email protected] elektron poçt ünvanına göndərilməlidir.

Əlavə məlumat üçün müraciət edə bilərsiniz: 012 147

Nazirlik müsabiqəyə təqdim olunan əsərlərin müəlliflik hüququnu qorumaqla nəşrə hazırlanması və çapını həyata keçirə bilər.

tag: Mədəniyyət,Nazirlik,Vaqifə Məktub,Müsabiqə,Todaypress.az,