Van Qoqun əsərindəki təəccüblü fakt

Mədəniyyət

18.09.2024 18:20

Niderlandlı rəssam Vinsent van Qoqun “Ulduzlu gecə” (The Starry Night)  tablosundakı fırça vuruşlarının real həyatdakı fiziki hərəkətlərə yaxın olduğu müəyyən edilib.

TodayPress xarici mediaya istinadən xəbər verir ki, bu, Çin və Fransa təşkilatlarının ortaq şəkildə həyata keçirdiyi araşdırma nəticəsində müəyyən edilib.  

Rəsmdəki fırça vuruşları araşdıran tədqiqatçılar onların forma, enerji və ölçü baxımından adi gözlə görülməyən atmosfer xüsusiyyətlərini təqlid etdiyini bildiriblər.

Tədqiqatın müəlliflərindən biri olan Şidi Huanq Vinsent van Qoqun tablosunda turbulentliyi tam olaraq düzgün təsvir etməsinin rəssamın buludları və atmosferi öyrənməsi ilə bağlı ola biləcəyini bildirib. 

Araşdırma daha geniş şəkildə "Physics of Fluids" jurnalında dərc olunub.

Günəş Mərd

tag: Vinsent Van Qoq ,Çin, Fransa ,Rəsm ,Əsər, Şidi Huanq, todaypress.az,