Van Dam 36 il sonra məşhur fotosunu təkrarladı
Mədəniyyət
08.08.2024 10:08
Belçika əsilli amerikalı aktyor, rejissor və döyüş ustası Jan Klod Van Dam 36 il sonra məşhur fotosunu paylaşıb.
TodayPress xəbər verir ki, aktyor sözügedən fotonu İnstaqram səhifəsində yayımlayıb.
İki fotodan ibarət kollajdakı kadrlardan birində sənətçinin 27, digərində isə 63 yaşındakı görüntüsü əks olunub.
"İstər 27, istər 63 yaş, iş heç vaxt dayanmır. Döyüş sənəti aləmində yaşadığınız zaman yaş sadəcə bir rəqəmdir” deyə aktyor paylaşımda qeyd edib.
Günəş Mərd
tag: Belçika, Amerika, Aktyor, Jan Klod Van Dam, Rejissor, todaypress.az,