"Vals"ın rejissoru vəfat etdi

Mədəniyyət

21.01.2025 20:00

Məşhur fransız rejissoru Bertrand Bliyer 85 yaşında vəfat edib.

TodayPress xəbər verir ki, bu barədə “Agence France-Presse” məlumat yayıb.

Məlumata görə "Les valseuses" (1974) və "Préparez vos mouchoirs" (1977) filmlərinin rejissoru olan Bliyer Parisdə dünyasını dəyişib. 

Bliyerin ailəsinin dediyinə görə, rejissor Parisdəki evdə, həyat yoldaşı və uşaqlarının əhatəsində dinc şəkildə ölüb. Bildirilir ki, Fransanın mədəniyyət naziri Raçida Dati mərhum Bliyeri "böyük qeyri-konformist rejissor" adlandırıb.

Xatırladaq ki, 1979-cu ildə Bertrand Bliyerin "Dəsmallarınızı hazırlayın" filmi xarici dildə ən yaxşı film nominasiyasında Akademiya Mükafatını qazanıb. O, karyerası ərzində 20-yə yaxın filmə çəkilib, 24 filmin ssenari müəllifi kimi çıxış edib. 

Nicat Osman

tag: Bertrand Bliyer,Préparez vos mouchoirs,Les valseuses,todaypress.az,