"Üzüklərin hökmdarı"nın 85 yaşlı aktyoru xəstəxanaya yerləşdirildi
Mədəniyyət
18.06.2024 22:20
“Üzüklərin hökmdarı” trilogiyasında Qandalf obrazını canlandıran usta aktyor Yan MakKellen Londonun Noel Coward teatrında çıxış edərkən yıxılıb.
TodayPress BBC-ə istinadla xəbər veriri ki, 85 yaşlı aktyorun rol aldığı teatr tamaşasındakı döyüş səhnəsi zamanı müvazinətini itirərək yıxıldığı açıqlanıb. Qəzadan sonra aktyor xəstəxanaya yerləşdirilib. Teatrın mətbuat xidmətindən verilən açıqlamada Yan MakKellen xəstəxanaya yerləşdirildiyi üçün Londonun Noel Coward teatrında nümayişin qalan hissəsi ləğv edilib.
Qeyd edək ki, ötən həftələrdə “The Times”a müsahibə verən aktyor tez-tez qəbul etdiyi layihələrin son işi olub-olmayacağını düşündüyünü deyib.
GÜNEL
tag: BBC, "Üzüklərin hökmdarı", Teatr, Aktyor, todaypress.az,