Ümumdünya incəsənət turu həftəsinə start verildi

Mədəniyyət

11.06.2024 09:00

Bu həftə dünyanın müxtəlif şəhərlərində konsertlərdən teatra, sərgilərdən kitab yarmarkalarına qədər geniş çeşiddə müxtəlif tədbirlər keçiriləcək.

TodayPress xəbər verir ki, 60 ildən çox musiqi dünyasında iz qoymuş “Rolling Stones” iyunun 15-də ABŞ-ın Ohayo ştatında pərəstişkarları ilə görüşəcək.

Gremmi” mükafatlı kanadalı sənətçi Bryan Adams İngiltərə turnesi çərçivəsində iyunun 13-də Kentdə, 16-da isə Çesterdə konsert verəcək .

Musiqi həyatında 53 ili geridə qoyan Eagles qrupu vida turu çərçivəsində 13-15 iyun tarixlərində Hollandiyanın Arnhem şəhərində konsert verəcək. Britaniyanın Coldplayrok qrupu 12 və 13 iyunda Buxarestdə, 16 iyunda isə Budapeştdə çıxış edəcək. “Red Hot Chili Peppers” iyunun 15-də ABŞ-ın Tennessi ştatında konsert verəcək. Məşhur pop ulduzu Taylor Swift dünya turnesini 13 və 15 iyunda Liverpulda konsertləri ilə davam etdirəcək. Alman musiqi qrupu “Rammstein” Avropa turnesini bu gün Barselonadakı konsertlə davam etdirəcək.

Karyerası boyu 17 “Qremmi” mükafatına layiq görülmüş britaniyalı musiqiçi Stinq iyunun 14-də İngiltərənin Çester şəhərində konsert verəcək.

Dünya turnesində böyük marağa səbəb olan “Metallica” 14 və 16 iyunda Kopenhagendə çıxış edəcək.

Kolumbiyalı musiqiçi “Karol G” bu gün Kölndə, iyunun 14-də isə Amsterdamda pərəstişkarlarının qarşısına çıxacaq.

Britaniyalı musiqiçi Ed Şiran iyunun 16-da Lissabonda çıxış edəcək.

Amerikalı rep musiqiçisi Doja Cat sabah Qlazqoda, iyunun 12-də Birmingemdə, 14-də isə Londonda tamaşaçılarla görüşəcək.

Böyük Britaniyanın ağır metal qrupu “Judas Priest” dünya turnesinin ikinci mərhələsində iyunun 13 və 15-də İspaniyanın Barselona və Pamplona şəhərlərində konsert verəcək.

GÜNEL

tag: Konsert, ABŞ, Sərgi, Film festivalı, todaypress.az,