Uill Smitin bu hərəkəti gündəm oldu
Mədəniyyət
08.06.2024 12:10
Hollivud aktyoru Uill Smit "Bad Boys: Ride or Die" filminin qalasında bütün diqqətləri öz üzərində çəkib və çoxlu söz-söhbətə səbəb olub. Belə ki, o, tədbirə keçmiş həyat yoldaşı Jada Pinkettin oxşarı ilə qatılıb.
TodayPress xəbər verir ki, qadının şəxsiyyəti hələ müəyyən edilməyib, lakin jurnalistlər onları bir neçə dəfə birlikdə gördüklərini qeyd ediblər.
Xatırladaq ki, 2022-ci ilin martında "Oskar" mükafatı mərasimi zamanı Uill Smit həyat yoldaşı Jadanın alopesiya olması ilə bağlı zarafat edən Kris Rokun üzünə şillə vurmuşdu. Cütlük 10 ildir bir yerdə yaşamasalar da, rəsmi olaraq boşanmayıblar.
tag: Uill Smit, Alopesiya, Oskar, todaypress.az,