Türkiyənin “Oskar” namizədi açıqlandı

Mədəniyyət

29.08.2024 16:55

97-ci “Oskar” mükafatlarında "Ən yaxşı beynəlxalq film" kateqoriyasında Türkiyənin namizəd olacağı film açıqlanıb. 

TodayPress yerli KİV-ə istinadən xəbər verir ki, Türkiyənin “Oskar”a namizədi rejissor Zeki Demirkubuzun "Həyat" filmi olub.

Filmdə baş rolları Miray Daner və Burak Dakak canlandırır.

Film atası tərəfindən nişanlanmağa məcbur edilən Hicran adlı qızın həyatından bəhs edir.

Qeyd edək ki, “Oskar” mükafatlarının təqdimetmə mərasimi 2 mart 2025-ci ildə keçiriləcək

Günəş Mərd

tag: Oskar, Mükafat, Film, Türkiyə, Miray Danner, Burak Dakak, Hicran ,Həyat Filmi, todaypress.az,