Türk dövlətləri öz “Netflix”lərini yaradır
Mədəniyyət
06.09.2024 17:25
Türk dövlətləri “Netflix” axın xidmətinin öz analoqunu yaratmaq qərarına gəliblər.
TodayPress xəbər verir ki, bu barədə “Rybar” kanalı məlumat yayıb.
Bildirilib ki, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) forumu zamanı türk ölkələrinin kino təşkilatlarının nümayəndələri vahid kino və media platformasının yaradılmasına dair memorandum imzalayıblar.
TÜRKSOY-nun iştirakçısı olan Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Türkiyə və Özbəkistanın birgə istehsal edəcəyi məhsullar istifadəçilərin ixtiyarına veriləcək.
Töhfə Səməd
tag: Türkiyə, Neftlix ,Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı ,Azərbaycan, Özbəkistan, todaypress.az,