Tom Kruz qonarardan imtina etdi

Mədəniyyət

12.09.2024 18:35

Adrenalin həvəsi və kino sevgisi ilə tanınan Hollivudun məşhur ulduzu Tom Kruz ötən ay Paris Olimpiadasının bağlanış mərasimində unudulmaz şou göstərib. Məlum olub ki, Kruz bu performası qarşılığında heç bir ödəniş almayıb.

TodayPress xəbər verir ki, Los-Anceles 2028 Olimpiya və Paralimpiya Oyunlarının prezidenti Keysi Vasserman bu barədə “The Hollywood Reporter”ə danışıb. 

Vasserman bildirib ki, aktyor bütün tamaşanı heç bir ödəniş istəmədən göstərib. 

62 yaşlı mütəxəssis kəndirə bağlanaraq stadiondan yerə enib. Kruz daha sonra idmançıların arasından səhnəyə doğru gedib. Amerikalı oyunçu Olimpiya bayrağını Los-Anceles meri Karen Bassdan götürərək, motosiklet ilə izdihamın arasından keçib. 

Qeyd edək ki, filmlərində kaskadyorlardan istifadə etməməsi ilə tanınan ulduz yaxın zamanda “Missiya:Impossible” serialının 8-ci filmi ilə tamaşaçıların görüşünə gələcək. Film 2025-ci ildə ekranlara çıxacaq.  

Günəş Mərd

tag: Paris Olimpiadası ,Tom Kruz,Los-Anceles ,Paralimpiya Oyunları,Keysi Vasserman, todaypress.az,