Tom Kruz Olimpiadaya yollanır
Mədəniyyət
02.08.2024 16:21
Hollivud aktyoru Tom Kruz Parisdə keçirilən Olimpiya Oyunlarının bağlanış mərasimində çıxış edəcək.
TodayPress xəbər verir ki, bu barədə “TMZ” məlumat yayıb.
Nəşr bildirir ki, aktyor bunu Beynəlxalq Olimpiya Komitəsinə təklif edib. Onun təklifi nəzərdən keçirilir.
Təşkilatçıların fikrincə, Kruz Parisdəki Oyunları daha da canlandıracaq.
Qeyd edək ki, Olimpiya Oyunları iyulun 26-da başlayıb, yarışlar avqustun 11-dək davam edəcək.
Günəş Mərd
tag: Tom Kruz, Aktyor, Paris 2024, Olimpiya Oyunları, Hollivud, todaypress.az,