Timati üçüncü dəfə ata olacaq
Müğənni Timur Yunusov (Timati) və model Valentina İvanova körpə gözləyir.
TodayPress xəbər verir ki, bu barədə “StarHit” nəşri cütlüyün yaxınlarına istinadən məlumat yayıb.
Nəşrin məlumatına görə, İvanova hamiləliyin ilkin mərhələsindədir.
Proses problemsiz davam edir.
Məşhurların yaxınları qeyd edib ki, müğənni və model xoşbəxtdir.
Qeyd edək ki, Timati heç vaxt evlənməyib, lakin əvvəlki münasibətlərindən iki övladı var.
2014-cü ildə sənətçinin model Alena Şişkovadan Alisa adlı qızı, 2019-cu ildə bloger Anastasiya Reşetovadan Ratmir adlı oğlu dünyaya gəlib.
Türkan İsgəndərli
tag: Müğənni,Timur Yunusov,Timati,Ata,Xəbər,Todaypress.az,