Teylor Sviftin pərəstişkarları Fələstin üçün bir araya gəldilər

Mədəniyyət

23.06.2024 02:00

Məşhur pop ulduzu Teylor Sviftin pərəstişkarları Qəzzaya dəstək üçün bir araya gəlib.

TodayPress xəbər verir ki, Amerikanın “Vaşinqton Post” qəzeti pop müğənninin izləyicilərinin “Twitter”də  “SwiftiesForPalestine” həştəqi ilə Qəzzaya dəstək çağırışları etdiyini yazıb.

Xəbərdə, İsrailin mayın 26-da Rəfahdakı düşərgəyə 46 nəfərin həyatını itirdiyi hücumundan sonra sosial şəbəkədəki təşkilatın gücləndiyinə diqqət çəkilib.

13 min dollar toplamaq məqsədi ilə yola çıxan kampaniya indiyədək 13 min 824 dollar ianə toplaya bilib.

Kampaniyada toplanan pulun fələstinlilərə ərzaq və tibbi yardım göndərən Fələstin üçün Tibbi Yardım Kanada qrupuna köçürüləcəyi bildirilib.

  GÜNEL

tag: Teylor Svift, Fələstin, İanə, Rəfah, todaypress.az,