Teylor Svift yeni rekorda imza atdı
Mədəniyyət
10.06.2024 23:54
Musiqi karyerasında uğurları ilə adından söz etdirən müğənni Teylor Svift yeni albomu ilə böyük uğura imza atıb.
TodayPress xəbər verir ki, 2023-cü ildə "İlin adamı" seçilən və ardıcıl qırdığı rekordlarla adından söz etdirən Taylor Sviftin yeni albomu son həftələrdə musiqisevərlərə təqdim olunub. Albom 7 həftədir ki, “Billboard 200” albom cədvəlinə liderik edir. Müğənni bu qədər uzun müddət liderliyi qoruyub saxlamaqla yeni cığır açıb.
Bundan əlavə, albom müğənninin əvvəlki "Folklor" albomunun rekordunu da yeniləyib. Albom “Spotify”-də bir gündə 300 milyon yayımlanıb və saya çatan ilk albom kimi tarixə düşüb. Albomun ilk mahnısı olan "Fortnight" bir gündə bütün zamanların ən çox dinlənilən mahnısı olub.
Qeyd edək ki, bu rekord 2021- ci ildə Adelin "Easy On Me" mahnısına məxsus olub.
Musiqi karyerası boyunca bir çox rekordlar qıran və aldığı mükafatlarla tarixə düşən Sviftin albomu bir gündə 1,6 milyon nüsxə satılıb.
GÜNEL
tag: Teylor Svift, Albom, Rekord, Musiqi, todaypress.az,