Terrora görə konsertləri ləğv edildi
Amerikalı müğənni Teylor Sviftin Avstriyanın paytaxtı Vyanada planlaşdırılan konsertləri terror aktları təhlükəsi səbəbindən təxirə salınıb.
TodayPress xəbər verir ki, bu barədə "Der Standard" məlumat yayıb.
“Hökumət rəsmilərinin Ernst Happel Stadionunda planlaşdırılan terror aktını təsdiqləməsi ilə əlaqədar olaraq hər kəsin təhlükəsizliyi üçün planlaşdırılan üç şounu ləğv etməkdən başqa seçimimiz yoxdur” deyə konsert təşkilatçılarının bəyanatında deyilir.
Qeyd edək ki, Sviftin konsertləri avqustun 8-i və 9-da keçirilməli idi.
Günəş Mərd
tag: Amerika,Teylor Svift, Vyana, Terror, Ernst Happel, todaypress.az,