Tarixin ən bahalı boşanması baş verəcək
Mədəniyyət
08.08.2024 20:00
Amerikalı aktrisa və pop müğənni Cennifer Lopezin Hollivud aktyoru Ben Affleklə boşanacağı gözlənilir.
TodayPress xəbər verir ki, bu barədə “Page Six” məlumat yayıb.
Bildirilib ki, onların təkcə 3 günlük tətili təxminən 8 milyon dollar dəyərindədir. Buna görə də cütlüyün ayrılması tarixin ən bahalı boşanması kimi qeydə alınacaq. Onların bu barədə məlumatı yayın sonuna qədər rəsmən elan edəcəyi gözlənilir.
Xatırladaq ki, Ben Afflek və Cennifer Lopez 2022-ci ilin yayında Nevada ştatının Klark qraflığında evləniblər.
Töhfə Səməd
tag: Amerika, Cennifer Lopez, Hollivud, Ben Afflek, Neva, todaypress.az,