Tarixçi-alim Arzu Abdullayevin Naxçıvanın 100 illiyinə həsr olunan kitabı çap olundu
Mədəniyyət
09.07.2024 01:29
Naxçıvan Dövlət
Universitetinin prorektoru, tarix üzrə fəlsəfə doktoru, dosent Arzu
Abdullayevin uzunmüddətli elmi tədqiqatlarının nəticəsi olaraq Naxçıvan Muxtar
Respublikasının 100 illik yubileyinə həsr olunmuş “Naxçıvan şəhəri:
tarixi-siyasi və mədəni inkişafı XIX əsr” kitabı çap olunub.
TodayPress xəbər verir ki, çox
aktual və əhəmiyyətli bir mövzuya həsr olunan kitabda Naxçıvan diyarı və onun
tarixi, siyasi, mədəni və ictimai mərkəzi olan Naxçıvan şəhərindən söhbət
açılır. Nəşrdə Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan şəhərinin XIX
əsr tarixi kompleks şəkildə araşdırılır. Naxçıvan şəhərinin Rusiya imperiyası tərəfindən
işğalı, bölgənin inzibati-ərazi quruluşunda dəyişikliklər və idarəçilik
sistemi, sosial-iqtisadi və mədəni həyatı, ermənilərin Naxçıvana köçürülməsi
elmi dövriyyəyə yeni cəlb edilmiş sənəd və materiallar əsasında öyrənilir.
Azərbaycanın ayrılmaz tərkib
hissəsi olan Naxçıvan tarixinin digər istiqamətləri kimi şəhər tarixinin öyrənilməsi,
tədqiqatçılar, alimlər, tələbə və magistrantlar üçün zəngin mənbə rolunu
oynayır. Fənnin öyrənilməsinin aktuallığı kifayət qədər yüksək səviyyədə əsaslandırılıb,
obyekt və predmeti, məqsəd və vəzifələri aydın və axıcı bir dillə izah edilib.
Kitabda “Ön söz”ün müəllifi
AMEA Qafqazşünaslıq İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru,
dosent Elnur Kəlbizadə, elmi redaktoru akademik Nərgiz Axundova, rəyçilər isə
professorlar Oqtay Sultanov və Zeynal Həsənalıyevdir.
tag: Naxçıvan, 100 il, Arzu Abdullayev,todaypress.az,Tarixçi-alim,