Tanınmış şair "Mədəniyyət" kanalını tənqid etdi: "Televiziyaları doldurublar diletantlarla"

Mədəniyyət

07.06.2024 08:54

"Televiziyaları doldurublar diletantlarla. Deyəndə də xətirlərinə dəyir, inciyirlər.

TodayPress xəbər verir ki, bu sözləri tanınmış şair Şəhriyar del Gerani sosial media hesabında yazıb. O, “Mədəniyyət” kanalının Mikayıl Müşfiqin anım günüündən hazırladığı reportaja yazılan başlığı tənqid edib.

“Müşfiqə qarşı daha hansı mədəniyyətsizliyi edə bilərik görəsən?

“Mədəniyyət” kanalı guya Mikayıl Müşfiqin anım günündən reportaj hazırlayıb, başlığa da bu misranı qoyub: “Məni gözəl xatırla…”

Müşfiqin 5-6 şeirini oxuyan istənilən bədii duyumu ortabab 11-ci sinif şagirdi bilər ki, bu misralarla başlayan şeir Müşfiqə aid deyil. Sosial şəbəkələrdə “Beni güzel hatırla” şeiri Orxan Vəlinin də adından yayımlandı. Sonra məlum oldu, belə miyanə şeiri Orxan Vəli kimi usta qələm adamı yazmaz. Daha sonra da şeirin gerçək müəllifi çıxdı ortaya - Okan Savcı adında bir gənc. Sözüm onda deyil. Dediyim bu, məgər yetim Müfiqin özünün bir misrasını tapmaq çətindirmi ki, götürüb başqa bir müəllifin misrasıyla xatırlayırlar? Özü də harda? Ölkənin yeganə mədəniyyət kanalı adına bir ünvanda. Nə bilim. Ustad Şəhriyar demiş, “Bizdən qabaqdadı avropalılar, işi işbilənə tapşırır onlar…” Görünür bu gedişlə bəlalarımız hələ qabaqdadır…

GÜNEL

 

tag: Şəhriyar del Gerani, Mədəniyyət kanalı, Mikayıl Müşfiq, Anım günü, todaypress.az,