Tanınmış reperin qarajda meyiti tapıldı
Mədəniyyət
08.10.2024 06:44
Rusiyalı reper, "MC
Bandit" kimi tanınan Aleksey Brajnikov ölü tapılıb.
TodayPress xəbər verir ki, bu barədə Rusiya fövqəladə hallar xidmətindəki
mənbə məlumat yayıb.
Onun sözlərinə
görə, Uralmaşdakı qarajda 40 yaşlı musiqiçinin meyiti tapılıb.
Məlumatı
sənətçinin yaxınlarından biri təsdiqləyib. O qeyd edib ki, hazırda
hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində işləyir.
tag: Rusiya, Reper, Aleksey Brajnikov, Ölüm, Polis, todaypress.az,