Tanınmış reper həbsxanaya düşdü

Mədəniyyət

19.06.2024 08:15

Son illər ailədaxili problemləri ilə tez-tez gündəmə gələn məşhur reper Sansar Salvo həbsxanaya düşüb.

TodayPress xəbər verir ki, “Dum Taka Dum” və “Koptu Kayış” mahnıları ilə tanınan əsl adı Ekincan Aslan olan Sansar Salvonun günlər əvvəl həbs olunduğu məlum olub. Reperin pradüseri Motif Beat onun həbsdə olduğunu təsdiqləsə də, səbəbi ilə bağlı heç bir açıqlama verilməyib.

İddilara görə, repçinin icazəsiz başqalarının məlumatlarını paylaşdığı üçün həbs olunduğu deyilir.

Bir müddət xərçəng xəstəliyindən müalicə olunan sevgilisinin ölümü ilə çətin anlar yaşayan Sansar Salvonun ailəsi ilə də problemləri olduğu bildirilir. Bir müddət əvvəl hətta intihara cəhd edən Salvo ailəsinin onu öldürməyə çalışdığını iddia edib.

GÜNEL

tag: Reper, Həbsxana, Sansor Salva,Ailədaxili problemlər, todaypress.az,