Tanınmış müğənni "qanlı geyim"inə görə tənqid edildi

Mədəniyyət

06.07.2024 22:48

Sosial şəbəkə istifadəçiləri pop ulduz Adelin Las-Veqasda verdiyi konsertdə rus moda evi Valentin Yudaşkinin hazırladığı libası geyinməsinin ardından onu tənqid atəşinə tutublar.

TodayPress xəbər verir ki, qara şifonla örtülmüş və güllərlə əl ilə işlənmiş paltar mərhum rus dizayneri Valentin Yudaşkinin qızı Qalina Yudaşkinanın rəhbərliyi altında hazırlanıb.

Müğənni konsertdən bir neçə saat sonra İnstaqram səhifəsində konsertdən bir neçə şəkli yerləşdirib. Pərəstişkarları isə rəy bölməsində ona bir çox təriflər yağdırıblar.

Lakin geyimin rus mənşəli olduğu ortaya çıxandan sonra reaksiyanın tonu dəyişib. Belə ki, şərh bölməsi nifrət nitqi və təhdidləri ilə dolub. Bir neçə istifadəçi paltarın "Ukraynalı uşaqların qanına büründüyünü" iddia edərək, müğənnini "dünyanın istənilən dizaynerini" seçə biləcəkkən, Yudaşkini seçdiyi üçün təhqir ediblər.

Moda ikonası Valentin Yudaşkin ötən ilin mayında 59 yaşında xərçəng xəstəliyindən vəfat edib. O, çox sayda aparıcı ictimai xadimləri və pop ikonaları üçün hazırladığı geyimlərlə Rusiyada tanınırdı.

Nəzrin Cavadzadə

tag: Adel, Valentin Yudaşkin, Ukrayna, Rusiya, todaypress.az,