Tanınmış aktrisa: "Geyim əxlaq göstərici deyil"
Tanınmış kino və teatr aktrisası Rada Nəsibova, Əməkdar artist Gülşad Baxşıyevanın müsahibəsində qısa ətək geyinən qızları tənqid etməsinə münasibət bildirib.
TodayPress-ə açıqlama verən aktrisa geyimin əxlaq göstəricisi olmadığını deyib: “Məncə geyim savad, əxlaq göstəricisi deyil. Bir insanın daxili vulaqar deyilsə nə istəyir onu da geyinə bilər”
Rada Nəsibova oxuduğu illərdə Mədəniyyət və İncəsənət Univeristetində geyimlə bağlı qadağaların olmadığını bildirən Rada Nəsibova: “Mənə belə qadağalar qoyulmayıb. Yəqin mən o cür geyinməmişəm. Amma dərs geyimi ilə başqa məkanlara geyinilən geyimlər arasında düşünürəm bir qədər fərq olmalıdır. Tələbəsənsə dərsə gecə geyimində gəlməməlisən” deyə əlavə edib.
Xatırladaq ki, Əməkdar artist Gülşad Baxşıyeva qonaq olduğu verilişdə qısa ətək geyinən qızları sərt tənqid etmişdi. O, tələbələrinə dərsə qısa ətəklə gəlməyə icazə vermədiyini bildirmişdi.
GÜNEL
tag: Rada Nəsibova, Əməkdar artist, Gülşad Baxşıyeva,Mədəniyyət və İncəsənət Universiteti, todaypress.az,