"Tamahkar" tamaşasının məşqlərinə başlanıldı - FOTO
Mədəniyyət
08.11.2024 15:50
Görkəmli dramaturq Süleyman Sani Axundovun "Tamahkar" əsəri əsasında hazırlanan eyniadlı tamaşanın məşqlərinə başlanılıb.
Bu barədə TodayPress-ə Dərbənd Azərbaycan Teatrının Baş rejissoru Sərvər Əliyev məlumat verib.
Tamaşanın quruluşçu rejissoru Sumqayıt Dövlət Dram Teatrının baş rejissoru, Azərbaycan Respublikasının xalq artisti Firudin Məhərrəmov, rəssamı isə Dağıstanın əməkdar rəssamı Dəmir İsakovdur.
Tamaşada əsas rolları teatrın aktyorları Hörmət Aslanov, aktrisa Səidə Əliyeva, aktyor Sərxan Səmədov, Dağıstanın əməkdar artistləri Əli mövsüm Abbasov, Mahir Məlikov, Rəhilə Ömərova, Məhərrəm Ömərpov, aktyor Əli Ağalarov və başqaları oynayırlar.
Qeyd edək ki, tamaşanın premyerası 23 noyabrda keçiriləcək
tag: Tamaşa, Premyera, Süleyman Sani Axundov, Əsər, Aktyorlar, todaypress.az,