Şvartseneggerin saxlanmasına səbəb olan saat hərracda satıldı

Mədəniyyət

21.06.2024 02:06

Arnold Şvartseneggerin Münhen hava limanında saxlanılmasına səbəb olan saat Avstriyada keçirilən hərracda 270 min avroya satılıb.

TodayPress xəbər verir ki, Stanglwirt otelində Arnold Şvartsenegger Avstriya İqlim Sammitində xeyriyyə təşkilatı üçün ianə toplama məclisi təşkil edilib.

Hərracda bütün diqqətlər Hollivud ulduzunun çərşənbə günü ABŞ-ın Los-Anceles şəhərindən yola düşməsinə və təxminən üç saat Almaniyada saxlanmasına səbəb olan saata yönəlib.

Çünki 76 yaşlı aktyorun vergidən yayınma ittihamı ilə istintaqa başlaması dünya mediasında gündəm olub. AB qaydalarına görə, ittifaq sərhədlərinə 10 min avro və daha çox nağd pul və ya müəyyən qiymətli əşyalarla daxil olan şəxslər bu barədə məlumat verməlidir.

Audemars Piguet” markalı saat 270 min dollara satılıb. Tədbirdən toplanan pulun 1,3 milyon avronu keçdiyi bildirilir. Satılan digər əşyalar arasında sənət əsərləri və nadir zinət əşyaları da olub.

Saatı aktyorun avstriyalı dostu, investor Klemens Hallmann alıb.

Tədbirdə ABŞ-ın İqlim üzrə nümayəndəsi Con Kerri də daxil olmaqla bir çox məşhurlar iştirak edib.

 GÜNEL

tag: Arnold Şvartsenegger, Münhen hava limanı, ABŞ , Los-Anceles, todaypress.az,