Şuşada tarixi Çöl Qala məscidi bərpa edildi

Mədəniyyət

12.05.2025 11:48

15

İşğaldan azad olunmuş ərazilərimizdə dirçəliş davam edir. Bərpa işləri çərçivəsində erməni vandalizminə məruz qalan tarixi, mədəni, dini abidələrimiz yenidən qurulur. 

TodayPress xəbər verir ki, Çöl Qala məscidi XIX əsrdə Şuşa şəhərində fəaliyyət göstərən 17 məsciddən biri olub.

Bu tarixi abidə XIX əsrdə Kərbəlayi Səfixan Qarabaği tərəfindən inşa edilib. Məscid və bulaq Şuşa şəhərinin işğalından sonra ermənilər tərəfindən dağıdılmış və talan edilmişdi.

Ötən müddət ərzində məscidin həyətinin deformasiyaya uğrayan əksər döşəmə daşları sökülərək möhkəmləndirilib və fərş döşəmə bərpa edilib.

Məscid giriş hissə, ibadət zalı və köməkçi otaqlardan ibarətdir. 

tag: Şuşa,Çöl Qala,Məscid,Bərpa,Todaypress.az,